Papanın qanı tapıldı

31 Yanvar 2014 19:08

İtaliya polisi mərhum 2-ci İoann Pavelin qanı olan qabı tapıblar.


Milli.Az eNCA-ya istinadən bildirir ki, şübhəli şəxs qismində tutulmuş italyanlardan birinin evində axtarış aparılarkən qan qarajda aşkarlanıb.


L-Akuila şəhərindəki San Pyetro della Yenka kilsəsində saxlanan və içində mərhum Roma Papası 2-ci İoann Pavelin qan nümunəsi olan qabın oğurlanması ilə bağlı 3 narkoman tutulmuşdu.


Milli.Az