""Sumqayıt" - "Qəbələ" qarşılaşması baş tutmaya bilər"
31 Yanvar 2014 17:05
Topaz Premyer Liqasının XIX turunda sabah keçirilməli olan "Sumqayıt" - "Qəbələ" qarşılaşması baş tutmaya bilər. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar həmin görüşün baş tutmayacağı istisna deyil:
"Meydanın öt örtüyü qar altında qalıb. Bizə verilən məlumata görə, hazırda stadionda təmizləmə işləri aparılır. Sabah baş tutmayacağı təqdirdə, qarşılaşma bazar günü oynanılacaq".
Sabah daha bir matç keçirilməlidir ki, mərkəzi oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Musayevin sözlərinə görə, bu görüşün təxirə salınacağı gözlənilmir: "Sumqayıtdakı stadiondan fərqli, mərkəzi arenada vəziyyət fərqlidir. Yəni ot örtüyünün altında istilik sistemi quraşdırılıb. Bu səbəbdən mərkəzi oyun baş tutacaq".
Milli.Az