Türkiyədə 300-dən çox kəndlə əlaqə kəsildi
31 Yanvar 2014 16:46
Güclü qar və boran səbəbi ilə üç gündən artıqdır ki Türkiyənin şərq əyalətlərində 339 kəndlə əlaqə kəsilib.
Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.
Məlumata əsasən, kəndlərlə əlaqə, əsasən, Van, Hakkari və Bitlis əyalətində kəsilib.
Hal-hazırda əlaqənin bərpa edilməsi üçün müvafiq işlər aparılır.
Milli.Az