Tanınmış aktyor Çexiyanın müdafiə naziri oldu

31 Yanvar 2014 16:33
Tanınmış aktyor Martin Stropnitskiy Çexiyanın yeni hökumətinə daxil olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, aktyor müdafiə naziri vəzifəsinə təyin edilib.

Siyasi karyerasına başlamazdan əvvəl Stropnitskiy, demək olar ki, hər gün ekranlarda görünürdü. O filmlər və seriallardakı rollarına görə şöhrət qazanıb. Akyor, əsasən, detektiv janrındakı filmlərdə rol alırdı. Özü tamaşalar səhnələşdirir, kitablar yazırdı.

Yeni nazir 6 dildə sərbəst danışır.

Milli.Az