Bill Qeyts vəzifəsindən gedir
31 Yanvar 2014 16:27
Microsoft korporasiyasının təsisçisi, dünyanın ən varlı adamlarından biri Bill Qeyts şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk edir. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, şura yeni sədr seçməyə hazırlaşır. Bu vəzifəyə şirkətin korporativ xidmətlər üzrə vitse-prezidenti Satyu Nadellanın gələcəyi güman edilir. Ondan başqa iddiaçılar da var. Bunlar Nokia şirkətinin Hindistan əsilli sabiq baş direktoru Stiven Elop və Ford şirkətinin rəhbəri Alan Mallalidir.
47 yaşlı Mallali artıq uzun müddətdir ki, şirkətdə çalışır. 1992-ci ildə Sun Microsystems-dən Microsofta keçib. Onun texnologiya sahəsində kifayət qədər təcrübəsi var.
Bundan başqa, Symantec antivirus şirkətinin baş direktoru Con Tomson da iddialılar arasındadır.
Milli.Az