Azərbaycanda 21 yaşlı gənc özünü meşədə asıb

31 Yanvar 2014 13:52
Gəncə şəhər sakini Samuxda özünü asıb.

Samux Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 30-da saat 19 radələrində Samux rayon Hacallı kəndi ərazisində yerləşən meşə massivində iplə ağacdan asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.
 
Araşdırma zamanı məlum olub ki, özünü asan şəxs Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəlilov Rəşid Aydın oğludur.
 
Polisdən bildiriblər ki, 21 yaşlı gənc ruhi xəstəlikdən əziyyət çəkirmiş.
 
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Milli.Az