Bu film yasaqlandı: "Tərbiyəsizlikdir" - FOTO

31 Yanvar 2014 14:29
Çoxsaylı erotik səhnələrin yer alması ilə bağlı olaraq sürəkli qalmaqallara səbəb olmuş "Nymphomaniac" filmi Rumıniyada senzuraya uğrayıb.

Filmin ikinci hissəsi Rumıniyadakı kinoteatrlarda nümayiş olunmayacaq.


Milli.Az European-a istinadən bildirir ki, məşhur kinorejissor Lars fon Trierin çəkdiyi "Nymphomaniac" filmi ilə bağlı yasaq qərarı Rumıniya Milli Kino Mərkəzinə məxsusdur.


"Filmin DVD-lərdə satışı yasaqlanmayıb. Sadəcə, kinoteatrlarda nümayiş qadağan olunub. Lentin ikinci hissəsi tərbiyəsizlikdir. Amma buna rəğmən, filmin nümayişi ilə məşğul olan şirkətlər apellyasiya məhkəməsinə şikayətlənə bilərlər", - Mərkəzin açıqlamasında deyilir.


2 hissədən ibarət qalmaqallı filmdə baş rollarda Şarlotta Qensbur, Stellan Skarsqord, Şaya Labaf, Ceymi Bell, Kristian Sleyter Konni Nilsen çəkiliblər.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.