"Başını itirməyin milyon üsulu" - VİDEO - FOTO

31 Yanvar 2014 18:11
Set MakFarleynin yeni "Başını itirməyin milyon üsulu" filminin artıq treyleri internetdə yayılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vestern üslubunda olan bu komik filmi tragikomediya da adlandırmaq olar. Çox acı zarafatları yer aldığı bu cür filmləri sevməsəniz də, aktyor heyətinə görə baxmağa dəyər.

Filmdə Şarliz Teron, Amanda Seyfrid, Liam Nison, Nil Patrik, Covanni Ribizi və MakFarleynin özü çəkilib.

Filmin süjet xəttinin mərkəzində qorxaq fermer dayanır. Atışmadan sonra sevgilisi onu atır. Belə bir vaxtda vəhşi qərbdə tanınmış cinayətkarın sevgilisi şəhərə gəlir. Həmin fermerlə münasibətlər yaranır. Ardını isə təsəvvür etmək çətin deyil.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.