Rusiyada 400 əsgər ağır xəstəliyə tutuldu

31 Yanvar 2014 13:34
Rusiyanın Voronej vilayətində 400-dən çox hərbi qulluqçu pnevmoniya diaqnozu ilə hospitala yerləşdirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu bardə hərbi prokurorluqdan məlumat verilib.

Xəstələnən əsgərlərdən biri artıq vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəstəliyin yayıldığı hərbi hissədə yoxlamalara başlanılıb.

Milli.Az