Trend-in Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qətliamları və tarixi cinayətləri sübuta yetirən bu sənəd Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə ali komissarı (səfiri) Damien de Martel tərəfindən Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məktubudur.Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən sənəd aşkarlanıb