"Çirkli alt paltarlarını ortaya tökəcəyəm"

31 Yanvar 2014 13:26
Özünü "Acun Medya"nın menecerlərindən biri kimi təqdim edərək türk model Tuğba Altıntopu "Survivor" şousuna dəvət edən, dəvəti qəbul olunmayanda "Səni rəzil edəcəyəm, bütün çirkli alt paltarlarını ortaya tökəcəyəm" deyərək təhqirlərə keçən şəxsin futbolçu İbrahim Ege olduğu sübuta yetirilib.


Milli.Az AHT-yə istinadən bildirir ki, "Trabzonspor" klubundan təcavüzdə suçlanaraq qovulmuş futbolçunun məhkəmə prosesi başlanıb.

Prokuror onun 3 ilədək azadlıqdan məhrum olunmasını istəyib.


İ.Ege tanınmış modelə zəng vurduğunu etiraf etsə də, onu təhqir etmədiyini söyləyib.


Milli.Az