Xalq artisti: "Halal olsun Röyaya"

31 Yanvar 2014 14:58
Xalq artisti Zülfiyyə Xanbabayeva Röya Ayxanın "Mənəm" adlı konsertini izləməyə gedib

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni tədbiri çox bəyəndiyini bildirib. O, verilişlərin birində açıqlamasında Röyanın ünvanına təriflər yağdırıb:

"Röyanın konsertdən əvvəl media nümayəndələri ilə görüşməsinə təəccübləndim. Bu, gözəl addımdır. İnsan çox həyəcanlı olur. Mənim ağlıma gəlmirdi ki, konsertdən əvvəl mətbuata açıqlama verim. Yaradıcı insan məsuliyyəti üzərində hiss etməlidir. Konsertə çox böyük əmək sərf edilib. Halal olsun Röyaya".

Milli.Az