İstanbulda dəniz reysləri təxirə salınıb

31 Yanvar 2014 10:51
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" xəbər yayıb.

Məlumata görə, reyslər İstanbul akvatoriyasında fırtına xəbərdarlığı ilə əlaqədar təxirə salınıb.

Əsasən yanvarın 31-nə planlaşdırılan reyslər təxirə düşüb. Reyslərin başqa günə keçirilməsi ilə əlaqədar hələlik hər hansı məlumat verilmir.

Milli.Az