Ölkədəki ağır iqtisadi durum, böhran və digər çətinliklərlə üz-üzə qalan Ermənistan hökuməti vəziyyətdən çıxış yollarını aramaq üçün ən müxtəlif addımlara əl atır. Artan əsgər ölümləri və bundan doğan narazılıqlar fonunda Azərbaycanla sərhəd ərazilərdə, eləcə də işğal olunmuş torpaqlarda atəşkəsi pozur, əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır. Elə cəbhə zonasında yaşanan son hadisələr də bundan irəli gəlir.Ordudakı acınacaqlı vəziyyət artıq ölkədə çəkilən filmlərdə də əks olunmağa başlayıb

