Dünyanın ən böyük elektron poçt sistemi haker hücumuna məruz qaldı

31 Yanvar 2014 11:39
Yahoo! elektron poçtundan istifadə edən şəxslərin parolları və məlumatları oğurlanıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Yahoo! şirkəti istifadəçilərinə xəbərdarlıq edib.

Portalın mütəxəssisləri neçə parolun oğurlandığını dəqiqləşdirməyiblər. Ancaq oğurluq saytın bazasındakı zəiflikdən baş verməyib. Hakerlər məlumatları üçüncü şəxslərdən götürüblər.

Yahoo! öz istifadəçilərinə təklif edir ki, parollarını təcili dəyişsinlər. Mümkün qədər ən çətin parol müəyyənləşdirsinlər.

Şirkət artıq kibercinayətkarlıq barədə müvafiq qurumlara şikayət ünvanlayıb.

Milli.Az