Bakı sürücüləri, günahlandırmaq asandır, amma... - VİDEO
31 Yanvar 2014 11:43
Bakıda qar yağan kimi hamı günahlandırmağa kimisə axtarır. Günahkarlar isə əksər hallarda işıq, qaz, su, istilik, yolla bağlı məsul şəxslər olur. Kimi qazının zəifləməsindən, başqası işığının sönməsindən, yolların qardan təmizlənməməsindən şikayətlənir, onları qışa hazır olmamaqda ittiham edir. Amma heç kim özünə sual vermir ki, qışa hazırdır, ya yox.
Dünən şəhərin mərkəzində qar yağmağa başlayandan cəmi bir neçə dəqiqə sonra maşınların əksəriyyəti yollarda qalmışdı. Yolu qar örtməsə də, maşınların təkərləri yerində fırlana-fırlana qalmışdı. Sürücülərin maşınlarını qışa hazırlamaması, qış təkərlərinə keçməməsi özünü göstərirdi.
Bu mənzərəni izləməyə dəyər...
Gülər
Milli.Az