Rusiyada tank partladı

31 Yanvar 2014 11:52
Rusiyanın Xabarovsk vilayətində tank partlaması nəticəsində üç hərbi qulluqçu həlak olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə Knyaz-Volkonski kəndi yaxınlığındakı poliqonda baş verib. T-72 tankının içşindəki hərbi sursatlar partlayıb. hərbçilərdən biri yanan tankın içindən çıxa bilsə də, onu xilas etmək mümkün olmayıb.

Hadisə gecə təlimləri zamanı baş verib.

Mütəxəssislər deyirlər ki, bu modeldən olan tanklarda avtomatik yanğınsöndürmə sistemi var. Ancaq hərbçilər həmin sistemi işə sala bilməyiblər.

Milli.az