Yığma komandamız Sloveniyaya qarşı

31 Yanvar 2014 10:41

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, C qrupunda qərarlaşan Azərbaycan milli komandası bu gün mübarizəyə başlayacaq.
 

Joze Alesio da Silvanın ilk sınağı Sloveniyaya qarşı olacaq. Millimizin ilk görüşdə güclü İtaliya millisinə 3:2 hesabı ilə qalib gələn Sloveniya yığmasına necə müqavimət göstərəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Azərbaycan - Sloveniya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 

31 yanvar

Avropa çempionatının final mərhələsi

C qrupu

23:45. Azərbaycan - Sloveniya

Milli.Az