Dünyanın ən qoca flaminqosu öldü

31 Yanvar 2014 13:55
Avstraliyada yaşayan dünyanın ən qoca flaminqosunu 83 yaşında iynə vuraraq öldürüblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Avstraliyanın Adelaida şəhərindəki zooparkda yaşayan Qreyter ləqəbli flaminqo yaşı ilə əlaqədar ağır xəstə idi. O, 1933-cü ildə həmin zooparkda məskunlaşmışdı.

İndi zooparkda qalan ən yaşlı Çilli ləqəbli flaminqonun 60 yaşı var.

Avstraliyanın heyvan hüququ müdafiəçiləri deyiblər ki, Qreyter həm dünyanın ən yaşlı flaminqosu idi, həm də çəhrayı rəngli yeganə bu növdən olan quş idi.

Milli.Az