Dünyanın ən böyük poçt sistemindən birində şoka salan xəta

31 Yanvar 2014 12:38

"Gmail"dəki bir səhv üzündən bir çox istifadəçinin mesajları silinib

"Google"un məşhur elektron poçt xidməti olan "Gmail"də istifadəçiləri şoka salan səhv baş verib.

Anspress-in "Veteknoloji.com" saytına istinadən verdiyi məlumata görə, "Gmail" istifadəçilərinin mesajları silinib. İstifadəçilərin "Spam" qovluğuna "Spam məktublar" yerinə vacib məktublar düşməyə başlayanda istifadəçilər "Google"a şikayət ediblər.

Xətanı müəyyən etdikdən sonra şirkət problemin tamamilə həll ediliyini açıqlasa da, dünyada neçə nəfərin bu xəta üzündən ziyana düşdüyü bilinmir.

Qeyd edək ki, 16-22 yanvar tarixləri arasında istifadəçilərin məktublarının silinməsini bilmək üçün mütləq elektron poçtunu yoxlamaq lazımdır. "Spam" qutusuna baxın. Çünki vacib məktublarınız ora düşə bilər.

Milli.Az