Qayalar evi viran qoydu - VİDEO

31 Yanvar 2014 15:53
İtaliyanın Termeno bölgəsində 300 il tarixi olan ferma viran qalıb.


Milli.Az RAİ-yə istinadən bildirir ki, fermanın yaxınlığındakı təpədən düşən qayalar böyük sürətlə aşağı yuvarlanıblar. Qayalardan biri anbarı darmadağın edərək üzümlüyün ortalarına qədər gedib və yerdə dərinliyi 2 metr, eni 5 metr olan şırım açıb.


Digər nəəng qaya parçası evin yaxınlığında durub. Həmin qaya bir metr də irəli getsəydi, ev darmadağın olacaq, ailə həlak olacaqdı.


Anbarı dağıdan qaya parçasının 4 min kubmetr olduğu deyilir.


Milli.Az