Azərbaycanda şaxtalı və qarlı hava avtomobil yollarında müəyyən problemlər yaradıb. Lakin əlverişsiz hava şəraitilə əlaqədar rayonlar arası avtobus reysləri təxirə salınmayıb. Bakı Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin anspress-ə verdiyi məlumata görə, hazırda avtovağzal gücləndirilmiş iş rejimində işləyir. Onun sözlərinə görə, avtobus reyslərinin təxirə salınmasından söhbət gedə bilməz.Bakı Beynəlxalq Avtovağzalı şaxtalı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib