Futbolda bunu da gördük: Ev sahibi sıraya düzüldü, qonaqlar özləri oynadılar - VİDEO
31 Yanvar 2014 09:32
Futbolda bu da oldu. Belə etiraz görünməmişdi.
İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində evdə "Real Sosyedad"la qarşılaşmalı olan "Rasinq"in futbolçuları maaşlarını ala bilmədikləri üçün klub prezidenti Anxela Lavini oyunun 1-ci dəqiqəsində istefaya səsləyiblər. Onlar meydanın mərkəzində bir cərgədə duraraq oynamayıblar. Qonaqlar 1 dəqiqqə ərzində topu bir-birlərinə ötürüblər. Baş hakim ev sahiblərinin etirazını görərək, oyunu dayandırıb.
Qeyd edək ki, ilk oyunda "Real Sosyedad" 3:1 hesabı ilə qələbə qazanmışdı.
Tuncay
Milli.Az