Özünü aşağı atdı, ayaqları qırıldı, öldü - VİDEO - FOTO

31 Yanvar 2014 11:49
İsveçin Dalarna bölgəsindəki Borlanq şəhərində qəribə olay yaşanıb. Ticarət mərkəzinin qarşısındakı avtomobil dayanacağında olanlar yuxarıda, esplanadada olan sığının qəflətən özünü aşağı atmasını görəndə heyrətləniblər.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 8 metrdən aşağı düşən sığının ayaqları qırılıb. Polis hadisə yerinə çatanda isə sığın artıq ölmüşdü.


"Sığının intihar etməsinin səbəblərini bilmirik. Zooloqlarda hələlik bir versiya yoxdur", - polisdən verilən məlumatda deyilir.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.