Dünya elmində yeni tapıntı: daha bir sirr açılır - FOTO

31 Yanvar 2014 14:55
Misirdə, Giza şəhəri yazxınlıqlarında aparılan arxeoloji-qazma işlərində 4500 il əvvəl inşa edilmiş böyük limanın qalıqları tapılıb. Giza yaxınlığındakı məşhur ehramlar da elə həmin zamanda tikilmişdi.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, limandakı qalıqlar arasında böyük kazarmalar da var. Alimlərin fikrincə, həmin kazarmalar əsgərlərlə yanaşı, dənizçilər üçün də nəzərdə tutulmuşdu.


Çox yəqin ki, limandan Gizadakı ehramların inşasında istifadə olunub. Limanın firon Xeopsun oğlu firon Menkaurun hakimiyyəti dövründə inşa edildiyi güman olunur.


Firon Menkaur firon Hafrın oğlu, firon Hufunun nəvəsi idi.

Menkurun sərdabəsi "Netjer ər Menkaur" adlanır.


Arxeoloq Mark Lenerin dediyinə görə, qədim Giza və onun yaxınlığındakı limanda aparılan qazma işləri zamanı Şərqi Aralıq Dənizi üçün səciyyəvi olan sidr, palıd və küknarın yanmış qalıqları aşkarlanıb.


"Bundan başqa, saxsı və çini qalıqları da tapılıb. Bütün bunların Levantdan ehramların inşası üçün gətirildiyini düşünürük", - M.Lener deyib.

Bir qədər əvvəl arxeoloqlar Misirin cənubunda firon Senebkeyin sərdabəsini tapmışdılar.


Abidos şəhərinin yaxınlığında tapılmış sərdabə təqribən 3700 il əvvəl, Senebkeyin hökmranlığı bitəndə inşa olunub.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.