ABŞ-ın Nyu-York şəhərində yaşayan 62 yaşlı Ceki O-Şoqnessi "American Apparel" brendinin yeni alt paltarı kolleksiyasının reklamına çəkilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "American Aparrael" fotosessiyasının çəkilişlərdən bəzi fotoları Facebook və İnstagram-dakı profillərində yayıb.
Ceki O-Şoqnessinin dediyinə görə, subaydır və həyatından da çox razıdır.
"Yaşıdlarımın əksəriyyətindən fərqli olaraq özümü qoca, astagəl, halsız hiss etmirəm. Əksinə, həyat eşqi ilə doluyam. Yaşamımdan da narazı deyiləm. Əvvələr düşünürdüm ki, model olmaq, kamera qarşısında saatlarla durmaq darıxdırıcı, usandırıcıdır. Amma çalışmağa başlayandan sonra anladım ki, modellik çox maraqlı işdir", - 62 yaşlı qadın deyib.
Milli.Az