Bakıdan Gəncəyə uçan təyyarə eniş edə bilmir - YENİLƏNİB

31 Yanvar 2014 09:37
09:37

Bakıdan Gəncəyə gedən təyyarə qarlı hava şəraiti ilə əlaqədar olaraq eniş edə bilmir. Heydər Əliyev adına Beynəlxalq Haval Limanından anspress-ə verilən məlumata görə, Gəncə Hava Limanında dəhşətli qar və çoxğunlu hava şəraiti müşahidə olunur.

Bu səbəbdən Bakı-Gəncə aviareysinin Gəncəyə enişi gecikir. Bakı Hava Limanına gələn təyyarələrdə isə hələlik heç bir problemin yaranmağıdığı bildirilir.

Bakı-Gəncə avireysindən istisana olmaqla digər hava reyslərində geçikmələr və digər problemlərin baş vermədiyi bildirilir.

----------
08:59

Trend bildirir ki, Bakıdakı güclü qara baxmayaraq Heydər Əliyev beynəlxalq hava limanı təyyarələrin qəbuluna və yola salınmasına normal rejimdə davam edir.

Qeyd edək ki, cümə axşamı günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib.

Milli.Az