Bakıya qar qəza ilə gəldi: Mercedes tanınmaz hala düşdü - FOTO
30 Yanvar 2014 23:25
Bakıda güclü qarın yağması qəzaya səbəb olub
Paytaxtın Babək prospektində yerləşən körpüdə ağır qəza yaşanıb.
Milli.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə köhnə maşın bazarının yanında yerləşən körpünün üzərində baş verib.
Belə ki, Mercedes markalı avtomobil sürüşərək həm özünə, həm də Kia marakalı digər avtomobilə ciddi ziyan vurub.
Hadisə nəticəsində ölən və yaralananlar olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Elşən İmanov
Milli.Az
Foto: İlkin Məmmədov