Çeçen Monika Beluççi - FOTO
30 Yanvar 2014 19:35
Dünya şöhrətli italyan aktrisa Monika Belluççinin bənzəri tapılıb.
Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hər kəs tərəfindən marağa səbəb olan qadının Qazaxıstan vətəndaşı olduğu məlum olub. Adı Zara Yusupova olan xanım milliyyətcə çeçendir.
28 yaşlı Zaranın vəzifəsi ginekoloqdur və hazırda Hindistanda yaşayır. O, 49 yaşlı məşhur aktrisaya bənzərliyini təbii qarşılayır. Zara qeyd edib ki, artıq yüzlərlə insan onu dünya şöhrətli aktrisaya bənzədib. Zara mətbuata şəxsi həyatı haqqında bunları söyləyib:
"Hindistan çox gözəl ölkədir. Burada yoqa, hinduizm kimi yeni anlayışlarla tanış olmuşam və xoşbəxtəm. Buna baxmayaraq, doğma vətənimi heç vaxt unutmaram".
Monika Belluççinin bənzəri Zara Yusupovanın fotolarını sizə təqdim edirik.
Milli.Az







