500 polis işini dəyişdi

30 Yanvar 2014 19:20
Türkiyə Təhlükəsizlik İdarələrində bir gündə 500 nəfərin iş yeri dəyişdirilib.

Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, 17 dekabr "Böyük rüşvət" əməliyyatından sonra başlayan polis orqanlarında işdən azad etmə və yerdəyişmələrə daha biri əlavə olunub. Ankarada aparılan iş yeri dəyişiklikləri ən çox asayiş, təhlükəsizlik, qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə şöbələri üzrə bölgə müdirliklərində olub. Beləcə, Ankara Baş polis idarəsində "Böyük rüşvət" əməliyyatından sonra vəzifə yeri dəyişdirilən polis sayı 2 minə çatıb.

Qeyd edək ki, iki həftə əvvəl də Türkiyə Baş Polis İdarələrində bir gecədə 500 nəfərin iş yeri dəyişdirilmişdi.

Milli.Az