"Simurq" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Milli Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Lambot Benjamin Edouardla 1+1 sistemli müqavilə imzalayıb.
Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu komandanın heyətində 19 nömrəli forma geyinəcək.