İngiltərənin "Liverpul" klubu bu gün "Dnepr"in yarımmüdafiəçisi Yevqeni Konoplyankaya rəsmi təklif göndərib.
Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Liverpul təmsilçisi ukraynalı futbolçunun keçidi üçün 19,4 milyon avrosundan keçməyə hazırdır.
"Dnepr" klubunun bu təklifi müsbət qarşıladığı bildirilir. Artıq Konoplyankanın "Liverpul"da qazancı da açıqlanıb. Belə ki, 24 yaşlı futbolçu "Liverpul"da həftəsinə 60 min avro qazanacaq.
Qeyd edək ki, 2007-ci ildən "Dnepr"in şərəfini qoruyan Konoplyanka keçirdiyi 124 oyunda 25 dəfə rəqib qapılarına yol tapıb.