Dənizdə sirli varlıq peyda olub - FOTO

2 Fevral 2014 04:17
Dənizlərdə gözə görünməyən canlılar yaşayır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə canlılardan birini Yeni Zelandiyadan olan balıqçı Stüart Freyzer tutub. Onun bədəni tam şəffaf olduğuna görə, suyun içində bu canlını görmək mümkün deyil.

Stüartın ilk işi canlının şəkilini çəkərək sosial şəbəkədə paylaşmaq olub. Təbii ki, onun dostları və tanışları da heç vaxt belə canlı görmədiklərini deyiblər. Bununla belə qeyri-adi balığı tanıyan dəniz bilicisi tapılıb.

Deyilənə görə, bu balıq "Salpa maxima" adlanır. Dənizin dərinliklərində yaşayan nadir canlılardandır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.