Dünya futbolunda gündəm dəyişən türkün ad günüdür - VİDEO - FOTOSESSİYA

30 Yanvar 2014 17:50
Bu gün "Atletiko" Madridin və Türkiyə yığmasının xavbeki Arda Turanın 27 yaşı tamam oldu.

Milli.Az-ın məlumatına görə, Arda 1987-ci ildə Türkiyədə, Bayrampaşada anadan olub.

O, sağ və sol cinah, oyunqurucu mövqeyində oynayır.

8-9 yaşı olanda "Altıntepsi Makelspor" klubunda top qovan Arda 12 yaşında "Qalatasaray" klubunun aşağı yaş qrupu komandasına transfer olunub.

"Qalatasaray" klubunda 4 il davamlı forma geyinərək 56 oyuna 11 qol vurub.
2006-ci ildə "Qalatasaray"dan "Manisaspor" klubuna icarəyə verilib, 15 oyuna 2 qol vurub.

2011-ci ildə "Atletiko" Madridə transfer olunub. Komandanın heyətində 66 oyuna 8 qol vurub. Avropa Liqasının kubokunu və Super Kubokunun qalibi olub. Arda "Atletiko Madrid" ilə 2017-ci ilə kimi müqaviləsini uzadıb.

Tuncay Türbəndəzadə
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.