Rəqqasə Fatimə Fətəliyeva şou-biznes nümayəndələrindən söz açıb
Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinə qonaq olan sənətçi rəqs etməyin hər kəsə yaraşmayacağını bildirib:
"Şou-biznesdəki bəzi sənətçilərin plastikası yoxdur. Rəqs məktəbini açanda sənət dostlarımı dəvət etdim ki, nəsə öyrənsinlər. Hamısı söz verdi, amma gəlmədi. Bəziləri var ki, onlara rəqs etmək yaraşmaz. Bunlardan biri də İzzət Bağırovdur. Onu səhnədə oynayarkən görməyi təsəvür edə bilmirəm. Amma bir çox estrada ifaçılarına səhnədə rəqs etmək lazımdır".