Azərbaycanlı müğənni: "Buna görə məndən inciyirlər" - FOTO
30 Yanvar 2014 17:05
Müğənni Ramal İsrafilov bəstələdiyi mahnılarını həmkarlarına verməyəcək
Bu barədə axşam.az-ın müxbiri ilə söhbətində sənətçinin özü deyib.
Onun sözlərinə görə, son vaxtlar bəstələrinə qarşı qısqanclıq hissi duyur:
"İstəyirəm ki, mahnılarımı özüm oxuyum. Həmkarlarım buna görə inciyir. Nədənsə məndə paxıllıq yaranıb (gülür)".
R.İsrafilov xalq artisti Aygün Kazımova ilə işbirliklərindən də söz açıb:
"Aygün xanımla mənim bəstələrimdən ibarət albom çıxarmalı idik. Bir müddət işlərə ara vermişik. Mən tənbəl, Aygün xanım tənbəl. Ümumiyyətlə, sənət adamlarının əksəriyyəti tənbəldir. Bu aradan götürülsə, gözəl işlərimiz ortaya çıxar".