Qadın sonsuzluğu ilə yanaşı, kişi sonsuzluğu da son vaxtlar tez-tez rastlanan ciddi problemlərdən birinə çevrilib. Kişi sonsuzluğunun səbəbləri müxtəlif ola bilər. Bunlara genetik səbəblər, yaşanmış iltihabi xəstəliklər, doğuş zamanı yaşanan problemlər, kimyəvi yan təsirlər ola bilər. Bundan başqa sürətli yaşam tərzi və bu cür yaşam tərzinin ayrılmaz tərkib hissəsi olan hazır qidalar da sperma keyfiyyətinə mənfi təsir göstərir. Bu, aparılan araşdırmalar zamanı təsdiqlənib.Kolbasa, sosiskadan uzaq durun