Gəncədə qadının boynuna əl atan narkoman tutuldu
30 Yanvar 2014 15:02
Gəncədə qadına zor tətbiq edərək boyunbağısını alan şəhər sakini polis tərəfindən saxlanıldı.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncədə Şəmkir rayon sakini Sevinc Məmmədovaya qarşı zor tətbiq edərək ona məxsus qızıl boyunbağısını alan şəhər sakini Cavid Mayılov saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Mayılovun üzərindən 1,718 qram heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Milli.Az