Mömin nələr üçün ağlamalıdır?

30 Yanvar 2014 22:13

Milli.Az Deyerler.org-a istinadən bildirir ki, möminin bir neçə şey üçün ağlaması bəyənilir:

1. Dostlarından ayrıldığı üçün

İmam Əli (ə) buyurur: "Mən iki hal üçün ağlayıram: Qiyamətin şiddət və qorxusundan verilən xəbərə və dostlarımdan ayrılmağa görə".

2. Şəhid üçün

Həzrət Peyğəmbər (s) Həzrət Həmzə şəhid olan zaman ağlamışdı və əmr etmişdi ki, onun üçün ağlasınlar. Həmçinin İmam Əlinin (ə) şəhadəti üçün ağlamaq, İmam Hüseyn (ə) şəhadəti üçün ağlamaq.

3. Ölülər üçün

İmam Sadiq (ə) buyurur: "İbrahim Xəlil (ə) Allahdan istəyir ki, ona qız versin ki, öləndən sonra o Həzrət üçün ağlasın".

4. Günahlar üçün

İmam Baqir (ə) buyurur: "Xızr (ə) Musaya (ə) deyir: "Səhvlərinə görə ağla".

İmam Sadiq (ə) buyurur: "Allah İsaya (ə) buyurur: "Günahlarına görə ağla, çünki günah Mənim qəzəb mənbəyimdir"".

5. Ölüm və ondan sonra olacaqlar üçün

İmam Səccad (ə) buyurur: "Ağlayıram can verməyim üçün, ağlayıram qəbrimin zülməti üçün, ağlayıram Nəkir və Munkərin sorgu-sualana görə, ağlayıram qəbrimdən paltarsız və xar halda ağır əməl yükümü çiynimə alıb çıxacağım günə görə". 

Ağlamağın ədəbi

Ağlamağın da öz ədəb və qaydaları vardır və əgər onlara riayət edəriksə, göz yaşlarının ruhumuza təsiri olar.

1. Təqva bir yerdə olan göz yaşları

İmam Səccad (ə) buyurur: "(Allah) qorxusu odur ki, kimsə ağlasın və göz yaşları axıtsın. Əgər təqva ilə olmazsa, onu Allah günahından uzaqlaşdırmaz. (Təqva ilə olmayan ağlamaq) - həmin yalançı qorxudur".

2. Çox ağlamaq və onu çox uzatmaq

Həzrət Peyğəmbər (s) buyurur: "Qəlbərinizi riqqətə adət etdirin. Çoxlu təfəkkür edin və ağlayın". "Üç şey mömin üçün nicat mənbəyidir: dilini insanları incitməkdən və qeybətdən hifz etmək, özünü elə şeylərlə məşğul etmək ki, dünya və axirəti üçün faydalı olsun, səhvlərinə görə uzun ağlamaq".

3. Üzü zədələmədən və paltarını cırmadan

Həzrət Peyğəmbər (s) buyurur: "Bizdən deyildir o kəs ki, (ölülərə ağlayan zaman) üzünə vursun və paltarını cırsın".

4. Qəlb yanğısı ilə bir yerdə

Həzrət Peyğəmbər (s) buyurur: "Allah İsaya (ə) vəhy edir: "Ey İsa! Nəfsin üçün ağla".

Göz yaşının qarşısını alan amillər:

1. Qəlb qəsavəti

İmam Əli (ə) buyurur: "Göz yaşları qurumaz, məgər qəlb qəsavətinə görə. Qəlb qəsavət bağlamaz, məgər günahın çoxluğuna görə".

2. Qəflət

Quranda oxuyuruq: "Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?! Və gülürsünüz, ağlamırsınız?! Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!". ("Nəcm" 57-61).

Hədislərimizdə vardır ki, mərci yemək qəlb riqqətini artırır.

Allah Təala bizləri qəlbi riqqətlilərdən qərar versin. (Tebyan)

Milli.Az