Ürfanın hansı mərhələləri var?

30 Yanvar 2014 21:14
İnsan bir səfərə çıxan zaman yolun harasında olduğunu bilmək istəyir. Seyr və suluk yolunda da yolun harasında olduğumuzu bilmək çox mühümdür. Yolun hansı hissəsini keçmiş və hansı hissəsi qalmışdır. Bəlkə yolumuzu azmışıq. Bəlkə də salik (suluk yolunu gedən) yolun ortasındadır, ancaq belə güman edir ki, artıq yolu başa vurmuşdur. Yolun hər bir mənzili ilə qarşılaşmağa hazır olmaq və yolda olacaq müşkülləri və çətinlikləri tanımaq bizə bu yolda daha əminliklə irəliləməyimizə yardım edər. Bu mövzuya diqqət edən ariflər bu yolu getmək istəyənlər üçün həqiqətləri bəyan etmişdilər. Bu tövsiyələrin salik üçün faydası çoxdur, belə bir halla qarşılaşan zaman düzgün qərar çıxarda bilsinlər deyə. (Tebyan)

Həqiqətdə isə bu yolu başa vuran ariflərin sayı çox azdır. Ürfanın bir çox mərhələri vardır ki, onları tanıyıb tərif verməyə çalışaq.

Hal və məqam

İslam ürfanında salikin qəlbinə nazil olan qısamüddətli xoş hallara "hal" deyirlər. Bu hal əgər davamlı olarsa, aradan getməzsə, "məqam" adlanar. Ariflərin nəzərinə görə hal nemətdir və məqamı isə əldə etmək olar. Ariflər bu əqidədirlər ki, seyr yolunda bu mərhələləri bir-bir keçmək lazımdır. Əsl məqsəd - xalis tövhid şühuduna çatmaqdır. Onlar bu fikirdədirlər ki, bu mərhələri keçmədən həqiqi ürfana çatmaq mümkün deyildir. Bu mərhələləri qət etmək ixtiyaridir və bu mənada ki, əgər salik irəli getmək istəməzsə, elə həmin mərhələdə qalacaqdır. Əlbəttə, mümkündür ki, kimsə xüsusi İlahi inayətə şamil olsun və iradə etmədiyi ali ixlas məqamına nail olsun. Ona görə də deyə bilərik ki, İslam ürfanında ən ali məqama çatmaq, aşağı mərhələləri başa vurmadan mümkün deyildir. Bu mərhələlərin tərtibi vardır. Misal üçün belə deyildir ki, kimsə təvəkkül mərhələsinə çatmamış, təslimdən bəhrələnə bilsin. İnsan əgər bir mərhələdə kiçik bir çətinliklə üz-üzə olsa belə, yuxarı mərhələyə keçə bilməyəcəkdir. Əksinə, daha aşağı mərhələyə yuvarlana bilər.

Hər bir halda mühüm budur ki, o ariflər ki, seyr yolunu başa vurublar, onu bəyan edən zaman fərqli bəyan edərlər. Bəziləri Əzaləddin Kaşani kimi ürfan mərhələsini on mərhələdə bəyan etmişdir: tövbə, yavarış, zahidlik, yoxsulluq, səbir, şükür, qorxu, ümid, təvəkkül, riza.

Milli.Az Deyerler.org-a istinadən bildirir ki, Hacı Abdullah Ənsari də ürfanın on mərhələsi və hər birinin də on bölməsini olduğunu bəyan etmişdir: başlanğıc, qapılar, müamilə, əxlaq, üsul, vadi, hal, vilayət, həqiqətlər və nəhayət.

İbni Sina ürfani mərhələni iki hissəyə bölmüşdür: boşalma və bəzəmə. Boşalma odur ki, nəfsini hər cür istəklərdən və maneələrdən boşaldasan. Bəzəmə dedikdə isə məqsəd odur ki, arif gərək ürfani mərhələdə seyr etsin və kamala çatsın. Şeyxin nəzərinə görə boşalmanın 4 mərhələsi vardır: ayrılma, nəfz, tərk və rəfz. Və hər birinin öz bəyanı vardır. Bunu qeyd etmək lazımdır ki, airflərin bu mərhələlərə görə fikirləri müxtəlifdir. Hər bir arif bu mərhələni öz səliqəsinə uyğun tərtib etmişdir. Aydın olan məsələ budur ki, seyr yolunun mərhələləri vardır. Əgər əsl hədəfə çatmaq istəyiriksə, gərək bu mərhələləri bir-bir arxada qoyaq. Əks halda pillənin yuxarısına qalxa bilmərik. İslam ürfanının yolu aydındır. Hər bir arifin üslubu fərqli olsa da, hədəfləri birdir. Ürfanın son mərhələsi təcəllidir ki, Allah hər birimizə nəsib etsin. Bu yolda irəliləmək istəyən hər bir kəs mütaliə ilə yanaşı, həm də hərəkət etməli və bu mərəhəlləri tanıyıb bir-bir qət etməlidir.

Milli.Az