Oracle korporasiyasının onun məhsullarına texniki dəstək göstərən müstəqil xidmət təchizatçıları ilə hüquqi mübarizəsi davam edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Oracleda bildiriblər ki, onlar öz fəaliyyətləri ilə korporasiyanın intellektual əmlak hüquqlarını pozurlar.
Ötən həftə Oracle korporasiyası, Solaris əməliyyat sistemlərinin texniki dəstək üzrə kommersiya xidmətləri göstərən StratisCom şirkətini məhkəməyə verib. Oracle şirkətinin iddiasında bildirilir ki, StratisCom ona məxsus olmayan intellektual əmlaka öz hüquqlarını düzgün aid etməyib və qeyri-qanuni olaraq texniki materialları Oracle şirkətinin saytında yükləyib.
Oracle şirkətində bildiriblər ki, StratisCom şirkəti qeyri-qanuni Solaris və bir hissəsi Oracle əsasında yazılmış digər texniki alətlər üçün patçların redistribusiyası ilə məşğul olub. İddiada qeyd edilib ki, StratisCom şirkəti Solaris ilə və əməliyyat sistemləri əsasında sənədlərlə iş şərtlərini də pozub.
Milli.Az