Yeni avtomobil 2011-ci ildə ilk dəfə Cenevrədə debüt etmiş tamötürməli FF superkarı əsasında hazırlanıb. Mütəxəssislər kuzovu əhəmiyyətli dərəcədə dəyişdirərək idman universalını kupeyə çeviriblər. Təxmini SP FFX adı istehsalçı tərəfindən rəsmən təsdiq edilməyib. Şirkət həmçinin sifarişçinin razılığı olmadan texniki informasiyanı və şəkilləri dərc etmək niyyətində də deyil.
Ferrari Special Projects bölməsi məşhurlar və ya sadəcə zəngin insanlar üçün avtomobillər buraxır. Onun əvvəlki layihələri arasında - eksklüziv SP12 EC (Erik Kləptonun sifarişi ilə), P540 Superfast Aperta, Superamerica 45 və 612 GTS Pavesi kimi unikal maşınlar var.
Milli.Az


