Fiat və Chrysler birləşdilər
2 Fevral 2014 19:20
Avtoistehsalçılar Fiat və Chrysler bir strukturda - Fiat Chrysler Automobiles N.V adlı şirkətdə birləşəcək. Yeni şirkətin loqotipi çərşənbə günü, yanvarın 29-da təqdim edilib. Firma Niderlandda təsis edilib, vergiləri Böyük Britaniyada ödəyəcək, səhmləri isə Nyu-York və Milan birjalarına çıxacaq. Qrupun qərargahını harada - ABŞ-da və ya İtaliyada - təşkil etməyi direktorlar şurası hələ müəyyən etməyib. Birləşmiş Fiat və Chrysler qrupunun loqotipi Alfa Romeo, Martini, Bacardi və Ferrero şirkətləriylə işləmiş RobilantAssociati italyan dizayn-agentliyi tərəfindən hazırlanıb.
Daha əvvəl bildirildiyi kimi, "Fiat"da hesab edirlər ki, birləşdirilmiş struktur böyüklüyünə görə dünyada yeddinci avtoistehsalçı olacaq. Keçən il ərzində Fiat və Chrysler şirkətlərinin ümumi satış həcmi 4,4 milyon maşın təşkil edib.
Milli.Az