Unikal enerjili avtomobil - FOTO
30 Yanvar 2014 18:33
NanoFLOWCELL AG adlı Lixtenşteyn şirkəti Quant e-Sportlimousine eksperimental sportkarın ilk təsvir-tizerini dərc edib. Model "avtomobil üçün unikal enerji akkumulyasiyası sistemi və innovasiyalı dizayn" əldə edəcək. Prototipin premyerası martın əvvəlində Genevrə avtosalonunda olacaq. İstehsalçının sözlərinə görə, prototip maşınlar üçün enerji yığıcıları və çeviriciləri sahəsində firmanın sonrakı, xüsusilə elektroliz texnologiyaları sahəsində layihələrinin müjdəçisi olacaq.
Konsept avtomobil haqqında başqa məlumatlar gizli saxlanılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

