Fevral ayının 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident təqaüdçüsü, xalq artisti Tariyel Qasımovun 75 yaş tamam olur. 4 fevral 1939-cu ildə Ağstafa rayounun Köçəsgər kəndində anadan olan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "dram və kino aktyorluğu" fakültəsini bitirib. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.Tariyel Qasımovun 75 yaşı tamam olur...