Bakıda kiçik qığılcımın böyük təlaşı - YENİLƏNİB

30 Yanvar 2014 16:53

16:53

Bakıda böyük kompleksdə baş vermiş yanğının səbəbi məlum olub. Sakinlərin Milli.Az-a verdikləri məlumata görə, yanğın baş verən evdə paltaryuyan maşından qığılcım çıxıb.

Evin xanımı uşağını götürərək qorxudan həyətə qaçıb. Bundan sonra isə yanğın baş verib.

--------
16:13


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 18-ci mərtəbəsində yerləşən mənzildə elektrik naqillərində baş verən qısa qapanmadan başlayıb.

Yanğın artıq söndürülüb.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.


--------
14:19

Bakı şəhərində böyük yaşayış kompleksi həyəcan içərisindədir.

Sabunçu rayonu, Yavər Əliyev küçəsindki "Uğur-2" kompleksində güclü yanğın başlayıb. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, kompleksin 3-cü, 20-mərtəbəli binasında, 18-ci mərtəbədə yerləşən mənzildə güclü yanğın başlayıb. Əraziyə bir neçə yanğınsöndürən maşın gəlib. Binanın sakinləri həyəcan içərisində evlərini tərk ediblər.

Anar Məmmədov
Milli.Az