1960-cı illərdə Türkiyənin ən məşhur rəqqasələrindən biri olmuş Ayşe Nana vəfat edib.
Milli.Az AHT-yə istinadən bildirir ki, həmin dönəmdə "La Dolce Vita" (Şirin həyat) tərzinin Romadakı simvollarından birinə çevrilən, atası qaraçı, anası erməni Ayşe Nana pullu qaraçıların yığışdığı "Rugantino" gecə klubunda bir gecə çılpaq rəqs etmişdi. Böyük qalmaqal yaranmış, hətta Vatikan bəyanat vermişdi.
Həmin gecənin fotoları "L'Espresso" jurnalında dərc olunmuşdu.
Əfsanəvi rejissor Federiko Fellini də "La Dolce Vita" filmini məhz həmin qalmaqaldan ilham alaraq çəkmişdi.
İllərdən bəri xərçəng xəstəliyi ilə mübarizə aparan Ayşe Nana 78 yaşında vəfat edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



