"Qəbələ" məşhur futbolçunu Azərbaycana gətirdi - YENİLƏNİB
30 Yanvar 2014 19:54
19:54
Yerli mətbuat Marat İzmayılovun artıq rəsmən "Portu"dan "Qəbələ" klubuna icarəyə götürüldüyünü yazıb.
Milli.Az məsələ ilə əlaqədar klubun mətbuat xidməti Anar Hacıyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, bu bəradə onda rəsmi məlumat yoxdur. Klub rəsmisi İzmayılovla danışıqların davam etdiyini bildirib.
---------
14:59
Rusiyalı ulduz futbolçu, "Portu"nun yarımmüdafiəçisi Marat İzmaylovla "Qəbələ" klubunun danışıqlar apardığını bildirmişdik.
Klubun mətbuat katibi Anar Hacıyev Milli.Az-a bildirdi ki, Marat İzmaylov artıq Bakıdadır. Danışıqlar davam edir. Rəsmi açıqlama veriləcək.
---------
13:55
"Qəbələ" İdman Klubu peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında klubumuza keçidi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə danışıqlara başlanıldığını bildirir.
Bu barədə Milli.Az klubun rəsmi saytına istinadən məlumat verir.
Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov Rusiya millisinin heyətində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq", daha sonra "Portu" klubunda çıxış edib.
Danışıqların gedişatı ilə bağlı mətbuata məlumat veriləcək.
Tuncay TürbəndəzadəMilli.Az