Yanukoviç xəlvətə çəkildi

30 Yanvar 2014 13:41
Ukrayna prezidenti Viktor Yanukoviç müalicə məqsədilə məzuniyyət götürüb.
 
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Tibbi məsələlər üzrə Dövlət İdarəsi rəhbərinin müavini Aleksandr Orda deyib.
 
O bildirib ki, Ukrayna prezidentində kəskin respirator xəstəliyi üzündən yüksək hərarət müşahidə olunur. Bu səbəbdən də ona müalicə məzuniyyəti verilib.

Milli.Az