İnyesta: ""Barsa"nın Messidən asılı olması komandaya zərər vermir"

30 Yanvar 2014 14:09

"Barselona" klubunun yarımmüdafiəçisi Andres İnyesta komandasının bu mövsümkü çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu komandasının Lionel Messinin oyunundan asılı olmasının onlara zərər vermədiyini bildirib:
 

""Barselona" mövsümün əvvəlindən bu günə qədər lider mövqeyində qərarlaşıb. Bu mövqeyimizi tərk etmək niyyətimiz də yoxdur. Uğurlu çıxışı davam etdirmək istəyirik. "Barselona"nın Messidən asılılığına gəlincə, komanda bundan heç zaman zərər görməyib".

Milli.Az